Press "Enter" to skip to content

Ən gənc namizəd

Okan Büyüksarı

Son yeniləmə: 28 Mart 2024 10:17

Okan Büyüksarı qalib gələcəyi təqdirdə Seyitgazinin inkişafı üçün müxtəlif layihələr həyata keçirəcək

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi qardaş Türkiyədə mattın 31-də yerli seçkilər keçiriləcək. Seçki günü yaxınlaşdıqca siyasi proseslər daha da qızışır.

Öz növbəsində seçicilər namizədlər arasında götür-qoy edir, daha məqbul bildiklərinə səs verəcəklərini açıqlayırlar.

Namizədlər içərisində gənclər xüsusi ilə fərqlənir. Onlardan biri də Yenidən Rifah Partiyasından Eskişehir Seyitqazi Bələdiyyəsi sədrliyinə namizəd Okan Büyüksarıdır. Gənc, dinamik və təşəbbüskar bələdiyyə başçı namizədi Okan Büyüksarı Seyitqaziyə dəyər qatacaq layihələri ilə diqqət çəkir.

Onun seçki qərargahından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Okan Büyüksarı seçki ilə bağlı “Kanal26” telekanalına müsahibə verib.

Məlumatda deyilir ki, seçicilərin 54 faizinin səsini qazanmağa iddialı olan Türkiyənin bələdiyyə sədrliyinə ən gənc namizədi həmin müsahibədə Seyitqazi rayonunun inkişafı ilə bağlı reallaşdırmağı nəzərdə tutulan layihələrindən danışıb: “O, Seyitqazinin inkişafına kömək etmək üçün ilk gündən başlayaraq 5 il ərzində müxtəlif layihələrin həyata keçiriləcəyini deyib. O.Büyüksarı bu layihələrin reallaşması zamanı bələdiyyə büdcəsi ilə yanaşı, AB fondalarının vəsaitlərindən də yararlanacaqlarını bildirib. Bundan başqa o, Seyitqaziyə kənardan sərmayə qoyacaq iş adamları ilə də təşviqedici görüşlər keçirəcəklərini vurğulayıb”.

Məlumatda o da bildirilir ki, O.Büyüksarının seçki proqramında fermerlərə hər sahədə dəstəyin göstəriləcəyi, istehsalın hər anında istehsalçıya dəstək olunacağı, bölgəyə daha çox sərmayə qoyulması üçün səy göstəriləcəyi öz əksini tapıb.

Mission News Theme by Compete Themes.