Press "Enter" to skip to content

Nikolay Denkov: Necə davam edəcəyimizə Bolqarıstan vətəndaşları qərar verəcək

Nikolay Denkov

Son yeniləmə: 29 Mart 2024 09:31

BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi böhran davam edir. Bu arada Konstitusiyaya görə, prezident Rumen Radev hökuməti qurmaq səlahiyyətini 49-cu Xalq Assambleyasının ikinci ən böyük parlament qrupu olan PP-DB tərəfindən irəli sürülən baş nazir namizədi Nikolay Denkova həvalə edib. Lakin N.Denkov səlahiyyətlərini yerinə yetirmədən prezident Radevə geri qaytarıb.

Növbədənkənar seçki qaçılmaz olur

Radio Bolqarıstan xəbər verir ki, N.Denkov “GERB-SDS ilə 9 ay əvvəl qəbul etdiyimiz idarəetmə proqramına indiki Xalq Məclisində artıq heç bir dəstək olmadığına görə, mandatı yerinə yetirmədən geri qaytaracağam. Bu idarəçiliyin formalaşması üçün əsas olan islahatlara dəstək yoxdur” deyib.

O. bildirib ki, GERB-DPS koalisiyası əslində seçki istəyir və bu vəziyyət, onların istəklərinin nəticəsidir.
Məlumata görə, N.Denkov, Bolqarıstan vətəndaşlarının ölkə idarəçiliyinin hansı istiqamətdə davam edəcəyinə qərar verməli, yəni “Ətsiz pizza, yoxsa Bolqarıstan üçün gəlirləri artırmaq üçün Avropa yolu?” arasında seçim etməli olacaqlarını bəyan edib.

Məlumatda o da vurğulanır ki, hökumətin formalaşdırılması ilə bağlı razılıq əldə olunmazsa, prezident parlament qrupları ilə əlavə məsləhətləşmələrdən sonra müvəqqəti hökuməti təyin və iki ay ərzində yeni seçki tarixini elan etməlidir: “Konstitusiyaya bu yaxınlarda edilən əlavə və dəyişikliklərə əsasən, prezident müvəqqəti hökumətə rəhbərlik üçün Xalq Məclisinin sədri, Bolqarıstan Milli Bankının (BNB) direktoru və ya direktor müavini, Hesablama Məhkəməsinin sədri və ya sədr müavini, həmçinin Ombudsman və onun müavini arasında seçim edəcək.

Mission News Theme by Compete Themes.