Press "Enter" to skip to content

Ərşad Salihidən türk dünyasına çağırış

Ərşad Salihi

Son yeniləmə: 29 Mart 2024 13:53

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsi (İTC) Kərkük millət vəkili və İraq Parlamenti Türkmənlər Qrupunun sədri Ərşad Salihi, Səddam Hüseynin 1991-ci il martın 28-d Altunköprü qəsəbəsində türkmənlərə qarşı törətdiyi qətliamın 33-cü ildönümü ilə əlaqədar türk dünyasına çağırış edib.

Onun X sosial şəbəkə hesabından Türkiyə, Azərbaycan və KKTC parlamentinə edilən çağırışında deyilir: “33 il əvvəl İraq türkmənləri Kərkük, Altınköprü və Tazehurmatuda Səddam rejimi tərəfindən qırğına məruz qalıb. Hətta 10 yaşlı uşaqlarımızı da edam etdilər. Bir gündə 100 nəfər edam edildi. Bizim bu mərasimlə, bu ağrılı günlər təkcə İraq daxilində xatırlanmamalıdır. Çanakkaleni xatırlayarkən, Qarabağı xatırlayarkən, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin şəhidlərini xatırlayarkən, İraq türkmənləri adına da Türkiyə Böyük Millət Məclisi, Azərbaycan Milli Məclisi və KKTC Cümhuriyyət Məclisi tərəfindən şəhidlərimizin yad edilməsini arzu edirik”.

Paylaşım “Bu yara hamımızın yarasıdır. Türkçülüyün hesabını ödəyirik. Türk dünyası İraq türkmənlərini unutmamalıdır” sözləri ilə tamamlanır.

Mission News Theme by Compete Themes.