Press "Enter" to skip to content

Güney Azərbaycanda yeni etiraz

Zərşuranda etiraz

BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İranın işğalı altındakı Güney Azərbaycanın bir parçası olan Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində yerli əhali etiraza qalxıb. Bildirilir ki, martın 26-da ərazidə yerləşən qızıl mədəninin İran hökuməti tərəfindən talan edilməsinə, yoxsulluq vəziyyətinə və işsizliyə etiraz edilir.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “12 saat davam edən oturaq aksiyanın dağıdılması üçün polis qüvvələri göndərilib. Bildirilib ki, yerli məmurların aksiya keçirilən yerə gəlməsi və kəndlilərin öz tələblərini açıqlmasından sonra oturaq etiraz aksiyasına son verilib”.

O da qeyd olunur ki, “Qərbi Azərbaycan əyalətinin Tikantəpə bölgəsində yerləşən Zərşuran və Ağdərə qızıl mədənləri Orta Şərqin ən böyük mədənləri sayılır. Bu günə kimi qanunsuz istismar və zəhərli tullantıların təbiətə atılması səbəbindən bölgənin bir neçə kəndinin əkin və otlaq sahələri məhv edilib, minlərlə mal-qara tələf olub”.

Göründüyü kimi, fars-molla rejimi də işğalçı Ermənistan kimi Azərbaycanın təbii sərvətlərini talayır, insanların və təbiətin sağlamlığına açıq şəkildə zərər vurur. İnanırıq ki, işğalçı Ermənistanın əməllərinə son verildiyi kimi İran rejiminin də əməllərinə son verilib Güney Azərbaycanın azadlığına qovuşmasına şahid olacağıq.

Mission News Theme by Compete Themes.