Press "Enter" to skip to content

Həm halallaşdı, həm də “Durmaq yox, yola davam” dedi

Osman Zolan

Son yeniləmə: 29 Mart 2024 12:20

Osman Zolandan yaddaqalan çıxış

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin ənənəvi halına gətirdiyi məhəllə iftar proqramı bu dəfə Karahasanlı məhəlləsində olub.

Budəfəki məclis Bələdiyyə sədri Osman Zolanın çıxışı ilə yadda qalıb.

Bələdiyyədən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, on min nəfərlik mərasimdə Osman Zolan, həyat yoldaşı Berrin Zolan, AK Parti Merkezefendi İlçe başqanı Fatih Durmaz, Cümhur İttifakının Merkezefendi Bələdiyyə sədrliyinə namizədi Ekrem Başer, məhəllə muhtarları və vətəndaşlar iştirak edib.
Mərasimdə çıxış edən O.Zolan “İndiyə qədər şəhərimiz üçün birlikdə bir çox xidmətlər göstərmişik. Allah bizə bundan sonra da birlikdə çoxlu xidmətlər görməyi nəsib etsin” deyib.

O, həmçinin Denizli sakinlərindən halallıq istəyib: “Bildiyiniz kimi, martın 31-də seçki olacaq. Oradan çıxacaq nəticəni Hamınız haqqınızı halal edin. İnşallah Allah bizə yenidən xidmət dastanları yazmağı nəsib edər. İnşallah deyirik ki, durmaq yox, yola davam”.

Mission News Theme by Compete Themes.