Press "Enter" to skip to content

İki qardaş ölkə səhiyyə sahəsində əməkdaşlığı gücləndirir

Görüş zamanı

Son yeniləmə: 29 Mart 2024 13:34

BAYRAQDAR MEDİA -Qazaxıstan və Türkiyə səhiyyə sahəsində birgə işləri və əməkdaşlığı gücləndirir.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Məlumata görə, Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sapiyev Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüşüb: “Səfir Y.Sapiyev və nazir F.Koca iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər. Qazaxıstan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğuna diqqət çəkən F.Koca, səhiyyə sahəsində ikitərəfli qarşılıqlı əlaqələri və hərtərəfli təcrübə mübadiləsini genişləndirməyə hazır olduqlarını bildirib”.

Məlumata əsasən, Qazaxıstan səfiri həkimlərin hazırlanmasının, birgə tibb və əczaçılıq layihələrinin həyata keçirilməsinin, ixtisaslaşdırılmış seminar və konfransların təşkilinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə işlərin intensivləşdirilməsi üçün müxtəlif təkliflər verib.

Mission News Theme by Compete Themes.