Press "Enter" to skip to content

Kitab tanıtma: “Əbədiləşən görüşlər”

Əbədiləşən görüşlər

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında mühafizə olunan nəşrlər sırasında “Əbədiləşən görüşlər” kitabı da var.

2008-ci ildə nəşr olunmuş kitab Ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci, hakimiyyətə yenidən “Qayıdış”ının 15-ci ildönümünə həsr olunub.

Nəşrin girişində H.Əliyevin “… mən Neftçalanın gənc bir rayon kimi gələcək inkişafına inanıram” sözləri verilib.

Kitabda H.Əliyevin 1979-cu ildə və Prezident İlham Əliyevin 2007-ci ildə Neftçala rayonuna səfərləri əks etdirilib. Səfər çərçivəsində rayonun zəhmətsevər insanları ilə görüşlər keçirmiş hər iki lider onların qəlbində daimiyaşar iz qoyublar.

Nəşrdə “1979-cu ilin baharı. Heydər Əliyev Neftçalada”, “Partiya irəli səsləyir”, “Təntənəli qarşılanma”, “Heydər Əliyev Fondu Neftçala şəhər internat məktəbini əsaslı təmir etdirəcəkdir”, “Azərbaycan yod istehsalına görə dünyada dördüncü yerdə olacaqdır” və s. başlıqlarla yazılar yer alır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.