Press "Enter" to skip to content

Nazir Samuxda vətəndaşları qəbul edəcək

Emin Əmrullayev

BAYRAQDAR MEDİA – Aprelin 19-da elm və təhsil naziri Emin Əmrullayev Samux rayonunda vətəndaşları qəbul edəcək.

Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 15 aprel saat 18:00-dək ETN-nin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına yalnız iş günləri və saatları ərzində zəng etməklə qəbula yazılmalıdırlar. Bununla yanaşı, nazirliyin rəsmi saytının əlaqə bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə WhatsApp vasitəsi ilə müraciət göndərmək lazımdır”.

Mission News Theme by Compete Themes.