Press "Enter" to skip to content

Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası

Tullantıları tinglərə dəyiş

BAYRAQDAR MEDİA – Aprelin 2-si saat 13:00-da növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “aksiya ETSN və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəranda Lənkəran regional “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək. Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər”.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırıb.

Mission News Theme by Compete Themes.