Press "Enter" to skip to content

Aprelin 5-də bu sənəd imzalansa

Dr. Yücel Karauz hərbi xidmət illərində

Son yeniləmə: 1 Aprel 2024 17:35

Dr. Yücel Karauz: Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması qaçılmaz olacaq

BAYRAQDAR MEDİA – “Hazırda Qafqazda təhlükə ortadadır. Dünənə qədər “əsgərlərimiz bəlli bir məsafədə dursun”, “bir-birimizi toqquşma meydanna çəkmək istəmirik”, “Türkiyə ilə, Azərbaycanla sülh istəyirik” deyən Ermənistan sərhədə həm canlı qüvvə, həm də ağır texnika cəmləşdirir. Bu çox təhlükəli bir yanaşmadır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

O, qeyd edib ki, Ermənistan digər tərəfdən də şaiyə yayaraq, “Azərbaycan bizə hücum edəcək” yalanını dünyaya bəyan edir: “Əslində, aprelin 5-də keçiriləcək görüşdə də əsas məqsəd bu yalanlara, Ermənistanın müharibə hazırlığına bir növ qanuni don geyindirməkdir. Həmin gün imzalanacaq strateji müttəfiqlik haqqında pakt Ermənistanın tamamilə Batının müdafiəsi, daha dəqiq desək təsiri dairəsinə keçməsini nəzərdə tutur”.

Dr. Y.Karauzun sözlərinə görə, əslində bu, yüz illik Ermənistan-Rusiya əlaqələrinə son qoymuş olacaq: “Təbii ki, bu addıma Rusiyanın və bölgənin digər ölkələrinin bir cavabı olacaqdır. Amma buradakı əsas təhlükə Batı ilə, ABŞ-la Türkiyə və Azərbaycanın qarşı-qarşıya gəlməsi və toqquşma riskidir. Zatən bu Batının məqsədi, yəni uzaq hərbi məqsədlərinə xidmət edən addımdır. Batı Ermənistandan özünün Qafqazdakı hərbi məntəqsi kimi istifadə edərək, Rusiya, Türkiyə, Azərbaycan və İranı təsir altında saxlamaq məqsədi güdür. Batı bu addımla “bir daşla dörd quş vurmaq” siyasətini həyata keçirmək istəyir”.

Vurğulanıb ki, bu təhlükəyə qarşı birgə mübarizə aparılmalıdır: “Zatən Türkiyə və Azərbaycan birlikdə addımlayır. Əgər aprelin 5-də Ermənistanla ABŞ və AB arasında hərbi pakt imzalanarsa, Türkiyə qısa zamanda hərəkətə keçməlidir. Şuşa Bəyannaməsinin verdiyi müttəfiqlik hüququndan istfadə edərək Türkiyə Azərbaycanda həm quru, həm də hava qüvvələri üçün hərbi baza yaratmalıdır. Bir sözlə, sözügedən sənəd imzalanarsa Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması qaçılmaz olacaq”.

Mission News Theme by Compete Themes.