Press "Enter" to skip to content

“Bu əzmlə Türkiyə Yüzyılına birlikdə addımlayırıq”

Dos. Dr. Cahit Bağcı

Son yeniləmə: 1 Aprel 2024 14:16

Dos. Dr. Cahit Bağcı: Türkiyənin dünyada ən böyük diplomatik missiya şəbəkəsinə malik üçüncü ölkədir

BAYRAQDAR MEDİA – “Türkiyənin dünyada ən böyük diplomatik missiya şəbəkəsinə malik üçüncü ölkədir”.

Bunu qardaş ölkənin Azərbaycadakı səfiri Dos. Dr. Cahit Bağcı deyib.

Diplomat qeyd edib ki,insan yönümlü bir xarici siyasət anlayışı ilə Türkiyə Yüzyılında meydanda və masada güclü bir Türkiyə vardır.

Səfir “Birlik və qardaşlıq iftarı” mərasimindəki çıxışında Canakkale ruhunun önəmindən də bəhs edib: “Birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı möhkəm qoruduğumuz zaman üzərimizə yeddi güc gəlsə, yıxılmayacağımızı sübut edən Çanakkale ruhu Türk Yüzyılında da yolumuzu daim işıqlandırmaqda davam edəcək. İstər ikitərəfli münasibətlərdə, istər Türk Dövlətləri Təşkilatının çətiri altında, istərsə də üzvü olduğumuz bütün dost və qardaş beynəlxalq təşkilatlarda birliyimiz və gücümüz əsas prinsipimizdir. Bu əzmlə Türkiyə Yüzyılına birlikdə addımlayırıq”.

Mission News Theme by Compete Themes.