Press "Enter" to skip to content

Denizlidə də CHP öndədir

CHP, 30 il sonra Denizlidə seçki zəfərini əldə edib

Son yeniləmə: 2 Aprel 2024 16:27

BAYRAQDAR MEDİA – Martın 31-də keçirilən yerli seçkilərdə Denizlidə də CHP böyük uğur qazanıb.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumata görə, 2024-cü il yerli 800 min seçicinin olduğu Denizlidə 665 min seçici səs verib: “Etibarlı səslərin sayı 633 min 417 olub. Qeyri-rəsmi nəticələrə görə Denizlidə keçirilən yerli seçkilərin qalibi CHP olub. CHP-nin səs nisbəti yüzdə 47,95 olub. AK Parti 38,86 faiz səs toplayıb”.

Məlumatda deyilir ki, 1994-cü ildə yerli seçkilərdə Ali Marımla birlikdə seçkiləri qazanan CHP, 30 il sonra Denizlidə seçki zəfərini əldə edib: “CHP-nin namizədi Bülent Nuri Çavuşoğlu 20 illik AK Parti rəhbərliyini devirərək yeni Böyükşəhər Bələdiyyə sədri oldu. Çavuşoğlunun səs nisbəti yüzdə 47,95 olub. 2,5 müddətdir bu vəzifədə olan AK Parti namizədi Osman Zolan isə səslərin 38,86 faizini toplayıb. 2019-cu ildə keçirilən yerli seçkilərdə 50 faiz səs toplayan O.Zolanın səslərinin azalması diqqət çəkib”.

Qeyri-rəsmi nəticələrə görə, Denizlidə 20 dairədən 16-da CHP, 3-də AK Parti, 1-də Yenidən Rifah Partiyası qalib gəlib.

Mission News Theme by Compete Themes.