Press "Enter" to skip to content

İYİ Parti qurultaya gedir

İYİ Parti

Son yeniləmə: 2 Aprel 2024 13:44

BAYRAQDAR MEDİA – Martın 31-də keçirilən yerli seçkilər İYİ partidə zəlzələ təsiri yaradıb.

Nəticələrdən dərhal sonra partiyada istefa tələbləri eşidilməyə başlanılıb.

Bilge Yılmaz İYİ Partinin İqtisadi siyasətlər bölümünün başqanı vəzifəsindən istefa Meral Akşeneri də partiya rəhbərliyindən istefaya çağırıb. B.Yılmaz sosial media hesabından etdiyi paylaşımda “Bu nəticələr göstərdi ki, görəcəyimiz çox işimiz var, itirəcək vaxtımız yoxdur” sölzərini yazıb.

M.Akşener isə seçkidən sonra partiyasının qərargahında açıqlama verərək deyib: “Siyasi qurum olaraq qutulardan gələn mesajı eşitmək bizim borcumuzdur. Mühasibatlığımızı aparacağıq. İndiyə qədər etdiyimiz kimi bundan sonra da millətimizin bizə verdiyi mesaja və bizim üçün çəkdiyi istiqamətə uyğun olaraq lazımi addımları atacağıq. Ən qısa zamanda növbədənkənar seçkili qurultayımızı çağıracağıq”.

Mission News Theme by Compete Themes.