Press "Enter" to skip to content

Nəğməkar şairlə görüş olacaq

Layihənin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq

Son yeniləmə: 2 Aprel 2024 15:28

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş aprelin 3-də paytaxtdakı 239 nömrəli tam orta məktəbdə olacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 2-də qurumdan məlumat verilib.

Bildirilib ki, “görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Mission News Theme by Compete Themes.