Press "Enter" to skip to content

Qalib QHT-lərin rəhbərləri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 2 Aprel 2024 11:34

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük və orta qrant müsabiqələrinin qalibləri olan QHT-lərin rəhbərləri, təmsilçiləri ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov və digər məsul şəxslər iştirak edib”.

Məlumata əsasən, əvvəlcə Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.

Görüşdə müsabiqələrin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.

Bu həftə analoji görüşlər kiçik qrant müsabiqəsinin qalibi olan QHT-lərin rəhbərləri ilə də keçiriləcək.

Mission News Theme by Compete Themes.