Press "Enter" to skip to content

Eskişehirdə 14 rayondan 8-də seçkiləri CHP qazanıb

Eskişehirdə 8 rayonu CHP bələdiyyə başçıları idarə edəcək

Son yeniləmə: 3 Aprel 2024 14:02

BAYRAQDAR MEDİA – Martın 31-də keçirilən yerli seçkilərdə Eskişehirdə nəticə CHP-nin xeyrinə olub. Belə ki, partiya həm Böyükşəhər Bələdiyyəsində, həm də əksər rayonlarda qalib gəlib.

Məlumatı eskisehir.net yayıb.

Məlumata əsasən, Eskişehir Böyükşəhər Bələdiyyəsində CHP-nin namizədi Ayşə Ünlüce 51 faiz, AK Partinin namizədi Nebi Hatipoğlu isə 37,85 faiz səs toplayıb.

2014-cü ildən bəri bütün yerli seçkilərdə bu şəhərdə CHP liderdir. Bundan başqa 8 rayonu CHP bələdiyyə başçıları idarə edəcək.

Mission News Theme by Compete Themes.