Press "Enter" to skip to content

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda

“Nar” yeni konseptli mağazası

Son yeniləmə: 3 Aprel 2024 10:39

BAYRAQDAR MEDİA – Bütün ölkə ərazisində sərfəli rabitə xidmətlərini hər kəs üçün əlçatan etməyə davam edən “Nar” yeni konseptli mağazasını bu dəfə Şamaxı şəhərində təqdim edib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, müasir görünüşü və rahatlığı ilə seçilən mağaza Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə M.Şəhriyar küçəsinin kəsişməsidə yerləşir.

Açılış zamanı
Açılış zamanı

Mağazanın açılışında iştirak edən “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib: “2024-cü ildə də bölgələrdə yeni “Nar” mağazalarını təqdim etməyə və satış şəbəkəmizi genişləndirməyə davam edirik. “Nar” olaraq, sərfəli qiymət siyasətimizə sadiq qalmaqla yanaşı, üstün müştəri təcrübəsi və yüksək keyfiyyətli rabitə xidmətlərini müştərilərimizə əlçatan etməyə qərarlıyıq.”

Mobil operatordan verilən məlumata görə, “Nar” bu il ərzində daha 15 yeni mağazasını Azərbaycanın bölgələrində təqdim etməyi planlaşdırır. Müştərilər özlərinə ən yaxın “Nar” mağazalarının ünvanlarını operatorun rəsmi saytından (nar.az) tapa bilər.

Mission News Theme by Compete Themes.