Press "Enter" to skip to content

Nazir yeni müşavir təyin edib

Azər Abizadə

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “A.Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib”.

Qeyd edək ki, A.Abizadə 2012-ci ildən ADA Universitetində baş müəllim, 2017-ci ildən isə dosent olaraq çalışıb. İşlədiyi müddət ərzində oyunlar nəzəriyyəsi ilə bağlı bir çox nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. O, ADA Universitetinin “İlin ən uğurlu müəllimi və alimi” mükafatını alan ilk müəllimidir.

Mission News Theme by Compete Themes.