Press "Enter" to skip to content

20 min qazax bir araya gəldi

Könüllülər iş başında

Son yeniləmə: 4 Aprel 2024 14:54

BAYRAQDAR MEDİA – Qazaxıstanın bəzi bölgələrində 2024-cü il martın 27-də əriyən qar və leysan yağışlar səbəbindən yüzlərlə kənd və 1500 ev su altında qalıb, 50 kəndə isə nəqliyyat kəsilib.

Kirim Haber Ajansı xəbər verir ki, sel fəlakətləri ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.

Məlumata əsasən, baş verən böyük daşqından sonra könüllülər sahəyə axışıb: “20 min qazax xalqın yaralarını sağaltmaq üçün könüllü olaraq bir araya gəlib. Paytaxt Astanadan seldən zərər çəkmiş bölgələrə 30 tondan çox humanitar yardım daşıyan 14 yük maşını göndərilib. Paytaxtda mövcud olan 9 anbarda 30 könüllü təşkilat daşqından zərər çəkənlər üçün geyim, ərzaq və gigiyena vasitələri toplayır”.
Qeyd edilib ki, Qazaxıstanda 6 min 187-si uşaq olmaqla 15 min 786 nəfər daşqın fəlakətinin təsirlərinin sıx hiss olunduğu kənd yerlərindən təxliyə edilib: “Digər tərəfdən nəqliyyatın kəsildiyi 50 kəndə vertolyotlarla qida və dərman göndərilib.

Bildirilib ki, sözügedən təxliyələr Aktobe, Kastanay, Qərbi Qazaxıstan, Okmola, Atırau, Qaraqanda, Şimali Qazaxıstan, Türküstan, Almatı, Pavlodar, Ulitau və Abay vilayətlərindən həyata keçirilib”.

Mission News Theme by Compete Themes.