Nikolay Denkov Facebook sosial şəbəkəsində vətəndaşların suallarını cavablandıracaq
BAYRAQDAR MEDİA – Bolqarıstan Nazirlər Şurasının mətbuat mərkəzi keçmiş baş nazir Nikolay Denkovun Nazirlər Şurasının Facebook səhifəsində canlı yayımda vətəndaşların və media nümayəndələrinin suallarını cavablandıracağını açıqlayıb.
Məlumatı Radio Bolqarıstan yayıb.
Bildirilib ki, N.Denkov hakimiyyəti gələcək müvəqqəti hökumətə təhvil verməzdən əvvəl yekun qiymətləndirmə aparacaq.
Suallar Facebook səhifəsində şərh kimi verilə bilər.





