Press "Enter" to skip to content

Beynəlxalq fond qırğız şairin kitabını dərc edəcək

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qırğızıstanın Bakıdakı səfirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, tərəflər qarşılıqlı iş birliyi məsələlərini, özəlliklə də tanınmış qırğız şairi Alıkul Osmonovun şeirlərindən ibarət toplunun Azərbaycan və qırğız dillərində dərcini müzakirə ediblər. Qeyd edilir ki, şeirlər Azərbaycan dilinə şair, manasşünas, Əməkdar jurnalist Adil Cəmil tərəfindən artıq tərcümə edilib.

Aktotı Raimkulova deyib ki, başçılıq etdiyi Fond sözügedən kitabın Azərbaycanda dərci ilə bağlı təşəbbüsü dəstəkləyəcək. O, bunun iki türk xalqı arasında yaxınlaşmaya töhfə olacağını bildirib. Vurğulanıb ki, bu nəşr iki türk ölkəsi arasında münasibətlərin yaxınlaşdırılması baxımından əhəmiyyətli rol oynamaqla türk xalqlarının ənənə və incəsənətinə hörməti artıracaq.

Səfir və Fondun prezidenti əmin olduqlarını bildiriblər ki, bu təşəbbüs Qırğızıstan və Azərbaycan xalqları arasında münasibətlərin daha də inkişafına xidmət edəcək. Eyni zamanda türk xalqlarının mədəni irsinin beynəlxalq səviyyədə tanınmasına veriləcək töhfə də qeyd edilib.

Mission News Theme by Compete Themes.