Press "Enter" to skip to content

Görüşlər davam edir

Görüş zamanı

Son yeniləmə: 4 Aprel 2024 11:55

Kiçik qrant müsabiqəsinin qalibləri olan bir qrup QHT-lərin rəhbərləri ilə görüş keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibləri olan bir qrup QHT-lərin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak edib”.

Məlumata görə, əvvəlcə Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.

Görüşdə müsabiqənin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.
Bu həftə analoji görüşlər kiçik qrant müsabiqəsinin qalibi olan digər QHT-lərin rəhbərləri ilə də keçiriləcək.

Mission News Theme by Compete Themes.