Press "Enter" to skip to content

İkitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım

Avstraliya parlamenti

Son yeniləmə: 4 Aprel 2024 14:54

BAYRAQDAR MEDİA – Avstraliya İttifaqının qanunverici orqanı olan Federal Parlamentində 9 senator və 14 konqresmendən ibarət Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupu təsis edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 4-də Azərbaycanın Avstraliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü və ardıcıl səyləri nəticəsində yaradılan qrupa Federal Parlamentin Seçim Komitəsinin üzvü Dr. MikeFreelander (hakim Leyboristlər Partiyası), sədr müavini olaraq kölgə ticarət nazirinin müavini Rick Willson (müxalif Liberal Partiyası) rəhbərlik edəcək. Qrupun tərkibində həmçinin Avstraliyanın siyasi həyatında aktiv rol oynayan Senatın prezidenti Lins Sue, kölgə xarici işlər naziri senator Saymon Börminqham, Seçki Məsələləri üzrə Birgə Daimi Komissiyanın sədr müavini Senator McGrath James, Senatda Milli Partiyasının fraksiya rəhbəri Senator RossCadell kimi çox saylı siyasətçilər yer alıb”.

Məlumata əsasən, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması iki ölkə parlamentləri arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır: “Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Milli Məclisində də 11 millət vəkilindən ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Asim Mollazadədir”.

Mission News Theme by Compete Themes.