Press "Enter" to skip to content

İlham Əliyevdən Entoni Blinkenə insan haqları ilə bağlı irad

İlham Əliyev və Entoni Blinken

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

AZƏRTAC telefon söhbəti zamanı müzakirə edilən məsələlərdən biri ilə bağlı Prezidentin Mətbuat Xidmətinə sual ünvanlayıb. Mətbuat Xidməti sualın və cavabın mətnini yayımlayıb:

Sual: Dünən ABŞ Dövlət katibi Entoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı ilə əlaqədar ABŞ tərəfindən verilmiş mətbuat açıqlamasında qeyd olunur ki, müzakirə edilən məsələlərdən biri də insan hüquqları olmuşdur. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bəli, telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulmuşdur. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Entoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.

Prezident İlham Əliyev telefon danışığı zamanı, həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işğəncələrə məruz qalması məsələsini bildirmişdir. O, Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulamışdır. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir.

Mission News Theme by Compete Themes.