Press "Enter" to skip to content

Seçkiqabağı prosesdə növbəti addım

Quzey Makedoniyada seçkilərdir

Son yeniləmə: 4 Aprel 2024 16:53

Quzey Makedoniyada ümumilikdə 17 siyasi qurum deputatlığa namizəd siyahılarını seçki komissiyasına təqdim edib

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada partiyalar, ittifaqlar, müstəqil namizədlər və buna bənzər ümumilikdə 17 siyasi qurum aprelin 2-də gecə yarısına kimi deputatlığa namizəd siyahılarını Dövlət Seçki Komissiyasına təqdim edib.

Bu barədə Yeni Balkan məıumat verib.

Bildirilib ki, “bütün 6 seçki dairəsi üzrə namizəd irəli sürən siyasi partiyalar və alyanslar arasında SDSM-nin rəhbərlik etdiyi “Avropanın gələcəyi” koalisiyası, VMRO-DPMNE-nin rəhbərlik etdiyi “Sənin Makedoniyan” koalisiyası, BDI-nin rəhbərlik etdiyi “Avropa Cəbhəsi”, Albaniya müxalifət qrupunun “Dəyər” koalisiyası, ZNAM Partiyası, RODINA Partiyası, İşçi Partiyası, GROM Partiyası, Makedoniya Çağı Üçüncü Suverenlik Partiyası, Demokratlar Partiyası, Unitar Makedoniya Partiyası, Levica Partiyası, Sap Partiyası var”.

Məlumata əsasən, bundan başqa, AVAYA partiyası 3-cü, 4-cü, 5-ci və 6-cı seçki dairələrində, “Sənin partiyan” 1, 2, 3 və 4 saylı dairələrdə, Jula Çelikunun rəhbərlik etdiyi müstəqil qrup 6-cı seçki dairəsində, Yeni Alternativ Partiyası isə 1, 2, 3 və 4-cü seçki dairələrində namizəd siyahısını təqdim edib.
Dövlət Seçki Komissiyası mayın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə biləcək namizədlərin siyahılarını təsdiq etməlidir.

Mission News Theme by Compete Themes.