Press "Enter" to skip to content

Təhlükə qapıdadır

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: TDT-yə üzv ölkələrdə meydana gələ biləcək hər hansı təhlükəni önləmək üçün sülhməramlı qüvvənin yaranmasına, həmçinin müdafiə qüvvələrinə ehtiyac vardır

BAYRAQDAR MEDİA – “Cərəyan edən son proseslərdə Batının bir neçə məqsədi var. Bunlar, Rusiyanı güneydə mühasirəyə almaq və təkləmək, Ermənistandakı Rusiya hərbi bazasına son qoymaqdır. Həmçinin əsas məqsədlərdən biri Batı və NATO missiyasını Ermənistana gətirmək, İranı quzeydən mühasirəyə almaq, Türkiyə və Azərbaycanı da Qafqazda meydana gələcək müharibənin tərəfi halına gətirməkdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, bu addımların əsas hədəfi, bu gün nəzərə çarpmasa da, ana ideyalarından biri də Orta Asiyaya “qırmaq atmaq”dır: “Belə olan halda Türkiyə və Azərbaycan olaraq bizim əsas vəzifəmiz ikitərəfli arenada imzalanmış sənədlərin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hər biri ilə imzalanmasına nail olmaqdır. Yəni Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə aparan yolda atılan bütün birgə addımların oxşarı, imzalanan bütün sənədlərin bənzəri Orta Asiyanın türk dövlətləri ilə də imzalnmalıdır”.

Dr. Yücel Karauz deyib ki, bu gün Qafqazda közərən atəşin Orta Asiyaya sıçramaması üçün aşağıdakı addımlar atılmalıdır: “Öncəliklə bütün türk dövlətlərinin bir-biri ilə ikitərəfli formatda Şuşa Bəyannaməsinə bənzər və bütün sahələri əhatə edən saziş imzalaması lazımdır. İkincisi isə, uzun illərdir qeyd etdiyimiz təhlükəsizlik və müdafiə sahəsində addımın atılmasıdır. Yəni TDT-nin hərbi gücünün, ordusunun formalaşmasına ehtyac yoxdur. Lakin TDT-yə üzv ölkələrədə meydana gələ biləəck hər hansı təhlükəyə qarşı dura biləcək sülhməramlı qüvvənin yaranmasına, həmçinin müdafiə qüvvələrinə ehtiyac vardır. Biz bunu əvvəllər də qeyd etmişdik. Son proseslər bizim nə qədər haqlı olduğumuzu təqsdiqlədi. Ona görə də vaxt itirmədn sürətli şəkildə bu cür qüvvələr yaradılmalıdır. Çünki təhlükə artıq qapıdadır. Bizim bizdən başqa dostumuz yoxdur. Biz nicatı kənarda, Avropada, yaxud ABŞ-da axtarmamalıyıq. Zatən onlar bizə nicat yolu göstərmək niyyətində də deyillər. Onalrın amacı bizi işğal altına salmaqdır”.

Türkiyəli general vurğulayıb ki, bu cür qüvvələrin yaranması zamanı da mərkəzi rol Türkiyə ilə Azərbaycanın üzərinə düşə bilər: “Çünki ortada bir nümunəmiz var. Bu nümunədən digər qardaş ölkələrimiz də yararlanmalıdır. Yoxsa sabah çox gec ola bilər. Hesab edirəm ki, bu qüvvənin mərkəzi də Azərbaycanda ola bilər. Necə ki, Azərbaycan Türkiyə ilə Orta Asiya arasında bir körpüdür, eləcə də müdafiə sahəsində ümumi işbirliyi üçün də uğurlu mərkəz rolunu oynaya bilər”.

Mission News Theme by Compete Themes.