Press "Enter" to skip to content

Ukrayna hökuməti Emine Cepparı vəzifəsindən azad edib

Emine Ceppar

Son yeniləmə: 4 Aprel 2024 16:45

BAYRAQDAR MEDİA – Ukrayna Nazirlər Şurasının 2 aprel 2024-cü il tarixli qərarı ilə Emine Ceppar Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Kirim Haber Ajansının məlumatına görə, Bu barədə Ukrayna parlamentindəki hökumət nümayəndəsi Taras Melniçuk sosial şəbəkədə açıqlamasında bildirib: “Ukrayna Nazirlər Şurası Emine Cepparı Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edib”.

Mövzu ilə bağlı açıqlama verən Emine Ceppar deyib: “Dmitro Kulebanın təklifi ilə başlayan 4 illik səyahət bir dövr kimidir!”

Emine Ceppar, ölkəsinə və xalqına xidmət etməyin onun üçün şərəf olduğunu bildirib.

Bu arada məlum olub ki, Ukrayna prezidenti V.Zelenski 23 fevral 2024-cü ildə Emine Cepparı Ukraynanın Vyanadakı beynəlxalq qurum və təşkilatlar yanında daimi nümayəndəsi təyin edib.

Emine Ceppar 10 iyun 2020-ci ildən Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışırdı. 2020-ci il iyulun 14-də Ukrayna prezidentinin qərarı ilə UNESCO üzrə Ukrayna Milli Komissiyasının sədri təyin edilib.

Mission News Theme by Compete Themes.