Press "Enter" to skip to content

Ardahanda seçkilər yenidən keçiriləcək

Seçki qutusu

Son yeniləmə: 5 Aprel 2024 13:08

BAYRAQDAR MEDİA – Martın 31-də keçirilən yerli seçkilərdə AK Parti ilə CHP arasındakı 174 səs fərqinə AK Partinin etirazından sonra rayon seçki kurulu yeni seçkinin keçirilməsinə qərar verib.

Bu barədə eskisehir.net məlumat yayıb.

Bildirilib ki, YSK CHP-nin qalib gəldiyi Ardahanda yenidən seçki keçirməyə qərar verib: “Ardahan şəhər mərkəzində hələlik rəsmi olmayan nəticələrə görə, CHP-nin namizədi, hazırkı Bələdiyyə sədri Faruk Demir 5 min 49, AK Parti namizədi Yunus Baydar isə 4 min 875 səs toplayıb. Səslərin hesablanması başa çatdıqdan sonra AK Parti seçkinin nəticələrinə etiraz edib. Etiraz nəticəsində seçkinin təkrarlanmasına qərar verilib. Təkrar seçki qərarından sonra xalq iyunun 2-də seçkiyə gedəcək”.

Mission News Theme by Compete Themes.