Press "Enter" to skip to content

Beynəlxalq Fondun Prezidenti Mətbuat Şurasında

Qonaqlar Mətbuat Şurasında

BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasında olub.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Şuradan daxil olub.

Bildirilir ki, “MŞ sədri Rəşad Məcid qonağa rəhbərlik etdiyi qurumun missiyası barədə məlumat verib. Şuranın türk dünyasında fəaliyyət göstərən media orqanları və jurnalist təşkilatları ilə əməkdaşlığından söz açan R.Məcid bildirib ki, qarşılıqlı təmaslarda başlıca məqsəd həm də ortaq türk mədəniyyəti və irsinin təbliğində jurnalist əməyini stimullaşdırmaq, qələm sahibləri arasında əlaqələrin dərinləşməsinə dəstək göstərməkdir”.

Mətbuat Şurası heyəti
Mətbuat Şurası heyəti

A.Raimkulova da öz növbəsində “rəhbərlik etdiyi Fondun hazırda həyata keçirdiyi işlər və gələcək planlarından söz açıb. O, qurumun fəaliyyətinin intensivləşdirilməsi üçün media amilinin zəruriliyini önə çəkib. Bu baxımdan Mətbuat Şurası ilə əməkdaşlığın faydalı nəticələr doğuracağına əminliyini vurğulayıb”.

“Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə MŞ sədrinin müavini Səadət Məmmədovanın, Şuranın İdarə Heyətinin üzvləri – Azər Həsrətin və Hacıbəy Heydərlinin birgə əməkdaşlıqla bağlı təklifləri maraqla qaşılanıb”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, “görüşdə, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Mətbuat Şurasının təmsilçilərinin müntəzəm görüşlərinin, müxtəlif məsələlərə dair birgə müzakirələrinin təşkili qərara alınıb”.

Xatirə şəkli
Xatirə şəkli
Mission News Theme by Compete Themes.