Press "Enter" to skip to content

Gəncə məktəblilərinin uğuru

Gəncə məktəbliləri

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin bu il buraxılış imtahanı verən 16 şagirdi riyaziyyat fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “həmin şagirdlər – Alıyeva Nuray Nazir qızı, Həsənova Şəbnəm Rövşən qızı, Tağızadə Yusif Vüqar oğlu, Qurbanov Məhəmməd Habil oğlu, İsrafilov Murad Elçin oğlu, İmaməliyeva Fidan Ənvər qızı, Həsənova Zeynəb Etibar qızı, Müslümov Ülvi Əliyeviç, Həsənov Elcan Elçin oğlu, Məmmədli Məhəmməd Zaur oğlu, Vəliyev Ayxan Murad oğlu, Səmədova Ayşən Ramil qızı, Həsənov Ayxan Elxan oğlu, Abdullayev Elcan Rabil oğlu, Qurbanlı Emil Bəhmən oğlu, Hüseynov Məhəmməd Ziyəddin oğludur. Bu şagirdlərdən 13 nəfəri maksimal nəticəni əlavə hazırlığa getmədən toplayıb. Eyni zamanda, Y.Tağızadə və M.Qurbanov ingilis dili fənni üzrə də buraxılış imtahanında maksimum nəticə (100 bal) göstərib. Məlumat üçün bildirək ki, şagirdlərdən N.Alıyeva Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə iki dəfə qızıl medal, F.İmaməliyeva isə kimya fənni üzrə iki dəfə gümüş medal qazanıb”.

Ümumilikdə, sözügedən liseyin bu il buraxılış imtahanı verən 52 nəfər XI sinif şagirdindən 32-si 250-dən çox bal toplayıb.

Mission News Theme by Compete Themes.