Press "Enter" to skip to content

Milli Məclisdən KKTC ilə bağlı önəmli qərar

Azərbaycan - KKTC

BAYRAQDAR MEDİA – Azərbaycan parlamenti – Milli Məclis qardaş türk dövləti Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı önəmli bir addım atıb.

Milli Məclisin aprelin 5-də keçirilən plenar toplantısında qərara alınıb ki, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyində dəyişiklik edilməklə KKTC ilə əlaqələr üzrə işçi qrup yaradılsın.

İclasda bildirilib ki, yeni qurulan işçi qrupa deputat Cavanşir Feyziyev başçılıq edəcək.

Əlavə edək ki, KKTC Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edildikdən sonra onun türk dövlətləri tərəfindən rəsmən tanınması üçün imkanlar yaranıb. Bu baxımdan Azərbaycan parlamentinin bu təşəbbüsü KKTC-nin tanınması yönündə növbəti addımlardan biri kimi qəbul edilə bilər.

Qeyd edək ki, KKTC Cümhurbaşqanı Ersin Tatar bununla bağlı sosial media hesabında paylaşım edib: “Azərbaycan-KKTC parlamentlərarası dostluq qrupu qurulması münasibəti ilə “Türk dünyası bizim ailəmizdir, türk dünyası ilə ilişkilərimizi gücləndirməliyik” deyən Cümhurbaşqanı İlham Əliyevə, Milli Məclisin Başqanı Sahibə Qafarovaya və bütün millət vəkillərinə çox təşəkkür edirəm”.

Mission News Theme by Compete Themes.