Press "Enter" to skip to content

Səhiyyə naziri qida nəzarəti mövzusunda tədbirdə

Teymur Musayev

BAYRAQDAR MEDİA – Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır, eyni zamanda səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur.

Bu fikirləri “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə səhiyyə naziri Teymur Musayev səsləndirib.

Xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “onun sözlərinə görə, qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığından tədricən bu sahə qlobal səviyyədə ictimai səhiyyə mövzusuna çevrilməkdədir. O, həmçinin bildirib ki, son dövrlərdə dünyadakı iqtisadi və ekoloji dəyişikliklər qida patogenlərinin yenidən aktivləşməsinə səbəb olub”.

T.Musayev çıxışı zamanı pasiyentlərin əksəriyyətinin mikrobioloji və qidalanma risklərinə sağlam insanlardan daha çox həssas olduqlarını da deyib. Eləcə də vurğulayıb ki, bu baxımdan qida ilə əlaqəli nəzarət tədbirlərinin düzgün şəkildə qurulması Səhiyyə Nazirliyinin diqqətlə yanaşdığı məsələdir.

Mission News Theme by Compete Themes.