Press "Enter" to skip to content

Tələbələrlə maarifləndirici görüşlər

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələrlə maarifləndirici görüşlər keçirilib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tələbələr “Biomüxtəliflik və iqlim dəyişmələri” mövzusunda elmi-praktiki seminarda iştirak edib, mütəxəssislər tərəfindən onlara mövzu ilə bağlı məlumatlar verilib, daha sonra Göygöl Milli Parkına səfər təşkil edilib. Gənclər milli parkın təbiəti, fauna və flora aləmi ilə yaxından tanış olub, xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlandırılıblar. Eyni zamanda, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Şahdağ Milli Parkının İsmayıllı bölməsinə ekskursiya edib, milli parkın zəngin biomüxtəlifliyi ilə tanış olub, zubrları, maralları seyr ediblər”.

Mission News Theme by Compete Themes.