Press "Enter" to skip to content

Tokatda ikinci Yazıcıoğlu dönəmi

Mehmet Kamal Yazıcıoğlu

Son yeniləmə: 5 Aprel 2024 13:10

“Super vali”nin oğlu atası şəhəri tərk etdiyi yaşda Tokat bələdiyyə başqanı seçilib

BAYRAQDAR MEDİA – Vətəndaşlarla isti münasibətinə, vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə ona vəzifədə olduğu müddətdə “Super vali”, “Əfsanəvi vali” adı verilib. Tokat, Aydın və Erzincanda vali vəzifələrində çalışıb.

Söhbət 2003-cü ildə Denizli valisi olarkən Eskişəhir-Ankara yolunda baş verən yol qəzası nəticəsində dünyasını dəyişən Receb Yazıcıoğludan gedir.

Onun oğlu Mehmet Kamal Yazıcıoğlu MHP-nin namizədi kimi yerli seçkilərə qatılıb. Seçkilərdə qalib gələn Mehmet Kamal Yazıcıoğlu Tokat Böyükşəhər Bələdiyyəsini sədri olacaq.

NTV xəbər verir ki, artıq o, Bələdiyyənin möhürünü də alıb və rəsmi fəaliyyətə başlayıb.

Məlumata görə, seçkidən dərhal sonra Anadolu Ajansına müsahibəsində hisslərini bölüşən Mehmet Kamal Yazıcıoğlu atasının şəhəri tərk etdiyi yaşda Tokat bələdiyyə başqanı olduğunu bildirib: “Bu, çox həyəcanlı və qürurverici hadisədir. Tokat rəhmətlik atam üçün çox qiymətli bir yerdir. Atam bu şəhərə 1984-cü ildə ən gənc vali kimi 36 yaşında gəlib və 1989-cu ildə bu şəhəri tərk edib. Çox maraqlı təsadüf ki, 41 yaşım olanda Tokatda idarəçi oldum. Bələdiyyə atamın işlədiyi Tokat Valiliyininin binasının düz qarşısındadır. İnşallah tez bir zamanda işə başlayacağıq.

Biz böyük işlər görəcəyik. Heç kimin şübhəsi olmamalıdır”.

 

Mission News Theme by Compete Themes.