Press "Enter" to skip to content

2024-cü il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüşlər başa çatıb

Görüş zamanı

Son yeniləmə: 6 Aprel 2024 09:09

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibləri olan QHT-lərin rəhbərlərinin digər qrupu ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

3 analoji görüşdə 400-dən çox QHT rəhbəri iştirak edib
3 analoji görüşdə 400-dən çox QHT rəhbəri iştirak edib

Bildirilib ki, “görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və digər məsul şəxslər iştirak edib”.

Əvvəlcə Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.

Görüşdə müsabiqənin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.
Bununla da 2024-cü il üzrə qrant müsabiqəsinin qalibləri ilə görüşlər başa çatdırılıb. Ümumilikdə, bu həftə ərzində keçirilmiş 3 analoji görüşdə 400-dən çox QHT rəhbəri iştirak edib. Təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb.

Mission News Theme by Compete Themes.