Press "Enter" to skip to content

“Amerika cazı ilə əlaqədar monoloq” – MONOTAMAŞA

Amerika cazı ilə əlaqədar monoloq

BAYRAQDAR MEDİA – Aprelin 5-də Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Lalə Axundovanın iştirakı ilə “Amerika cazı ilə əlaqədar monoloq” (Y.Yerpıleva) monotamaşası oynanılıb.

Bu haqda sözügedən İttifaqın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “tamaşanın quruluşçu rejissoru Fəridə Nesteronkodur. İttifaqın təşkilatçılığı ilə göstərilən tamaşaya görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri dəvət olunub. Tamaşadan əvvəl İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov qonaqları salamlayıb və tamaşanın yaradıcı heyətinə uğurlar arzulayıb”.

Sonra xəbərdə qeyd edilir ki, “həyatın müxtəlif məqamlarından, əsasən insan münasibətlərindən bəhs edən monotamaşanın iştirakçısı L.Axundova yaratdığı obrazı ən xırda detallarına qədər dəqiqliklə tamaşaçılara təqdim edib. Uğurlu quruluş və mükəmməl aktyor oyunu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb”.

Mission News Theme by Compete Themes.