Press "Enter" to skip to content

İki seçki eyni gündə olacaq

Rumen Radev

Son yeniləmə: 6 Aprel 2024 11:22

BAYRAQDAR MEDİA – Bolqarıstanda Avropa Parlamentinə və Xalq Assambleyasına seçkilərin eyni vaxtda keçiriləcək.

Bunu Dimitar Qlavçevin müvəqqəti hökumət nazirlərinin siyahısını təqdim etdikdən sonra prezident Rumen Radev deyib.

Radio Bolqarıstan xəbər verir ki, dövlət başçısı iyunun 9-da Bolqarıstanda Avropa Parlamentinə və Xalq Assambleyasına seçkilərin eyni vaxtda keçiriləcəyini açıqlayıb.

Prezident müvəqqəti kabinetin təsdiqi, Avropa seçkiləri və Xalq Assambleyasına seçkilər haqqında fərmanları imzalayıb.

Mission News Theme by Compete Themes.