Press "Enter" to skip to content

İqtidar və müxalifət liderlərinin debatı

Debat zamanı

Son yeniləmə: 6 Aprel 2024 13:38

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada hakim SDSM sədri Dimitar Kovachevski və ana müxalifət VMRO-DPMNE sədri Kristian Mickoski Kanal 5 televiziyasında müzakirə proqramında iştirak ediblər.

Yeni Balkan xəbər verir ki, namizədlərin ilk debatı maraqla qarşılanıb. Məlumata görə, canlı yayımda kozırlarını paylaşan iqtidar və müxalifət liderləri korrupsiyanın tez bir zamanda həllini tələb edən problem olduğu bəyan ediblər.

Dimitar Kovaçevski hökumətin korrupsiya ilə mübarizədə ayrı-seçkilik etmədiyini bildirsə də, Kristian Mickoski korrupsiya və cinayətin böyük ölçüdə mövcud olduğunu qiymətləndirərək, VMRO-DPMNE hakimiyyətə gələrsə, məhkəmə şurası və prokurorlar şurasının ləğv ediləcəyini iddia edib.

Mission News Theme by Compete Themes.