Press "Enter" to skip to content

Müəllim doğma yurda qayıdıb – VİDEO

Elnurə Ağammədova

BAYRAQDAR MEDİA – Laçın rayonundakı 20 nömrəli məktəbin müəllimi Elnurə Ağammədova öz doğma Füzuli şəhərinə qayıdıb, fəaliyyətini Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə davam etdirəcək.

Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “E.Ağammədova 1978-ci ildə Füzuli rayonunda doğulub. 8-ci sinfə qədər burada təhsil alan Elnurənin ailəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkün düşüb. Bakıda məskunlaşan Elnurə təhsilini Laçın rayonundakı 20 nömrəli məktəbdə davam etdirib. Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirdikdən sonra həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Elnurə müəllim Laçın rayonundakı 20 nömrəli məktəbdə sonuncu dərsini deyərək şagirdləri və müəllim yoldaşları ilə sağollaşıb. Çünki o, erməni işğalından azad edilən ata yurduna qayıdıb. Elnurə müəllim Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə fəaliyyətinə davam edəcək”.

Təhsil TV E.Ağammədovanın məcburi köçkünlər üçün məktəbdə son, yeni məktəbdə isə ilk dərs günündən süjet hazırlayıb.

Mission News Theme by Compete Themes.