Press "Enter" to skip to content

Təhsil sisteminin rəqəmsallaşma imkanları – MÜZAKİRƏ

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), Təhsil İnstitutu (Tİ), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) və SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “seminar təhsil texnologiyaları üzrə regional və qlobal trendlərin müzakirəsi, onların əsasında Azərbaycan təhsil sisteminin rəqəmsallaşma fürsətlərinin müəyyən edilməsi məqsədi ilə təşkil olunub. Seminarda əvvəlcə SABAH.HUB İnnovasiya Mərkəzinin icraedici direktoru Rəhim Bayramlı açılış nitqi ilə çıxış edib”.

Sonra xəbərdə qeyd olunur ki, “ardınca mərkəzin startapların inkişafı üzrə direktoru Orxan Abbasov “Regionda innovativ təhsil üzrə startaplar”, Strategiya və layihələrin idarə olunması şöbəsinin rəhbəri Nihat Məcidov “Müasir təhsil innovasiyaları” mövzularında təqdimat ediblər. Seminarda həmçinin Azərbaycanın təhsil sisteminin mühüm çağırışları müzakirə olunub, SABAH.HUB və təhsil qurumlarının resursları əsasında bu çağırışlara cavab verə biləcək metod və texnologiyalar təklif olunub”.

Mission News Theme by Compete Themes.