Press "Enter" to skip to content

TAİB üzvləri Akademik Musiqili Teatrda

TAİB üzvləri teatrda

Son yeniləmə: 7 Aprel 2024 12:18

BAYRAQDAR MEDİA – Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədri, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev və Birliyin İdarə Heyətinin üzvləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “onlar “Bir nəfəs qədər” tamaşasının yaradıcı heyətini ilə görüşüb, tamaşa haqqında təəssüratlarını bildiriblər. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən belə unikal bədii yaradıcılıq nümunəsini ərsəyə gətirdiyinə görə tamaşanın bədii rəhbəri, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, mükəmməl rejissor işinə və müəllifi olduğu pyesə görə səhnə əsərinin rejissoru Samir Qulamov, əzəmətli Azərbaycan qadını, şəhid anası obrazını yüksək ustalıqla canlandırdığına görə aktrisa Gülnarə Abdullayeva və Vətən obrazının öhdəsindən yüksək səviyyədə gəldiyinə və eyni zamanda tamaşada rejissor assistenti kimi effektiv işinə görə Əmrah Dadaşov İctimai Birliyin xüsusi mükafatına layiq görülüblər”.

Görüşdə TAİB-in sədr müavini Eyvaz Hümbətov, sədr müavini Elnur Eltürk, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar, İdarə Heyətinin üzvləri Nüsrət Paşayev və Mübariz Süleymanlı da çıxış edərək kollektivə gənclərin vətənpərvərlik tərbiyəsində rol oynayan belə gözəl səhnə əsərinə görə minnətdarlıqlarını bildiriblər.

Teatrın direktoru TAİB-nin sədrinə və nümayəndə heyətinə təşəkkürünü bildirib, repertuarda olan tamaşalar haqqında danışaraq onları teatrla daimi əməkdaşlığa dəvət edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Mission News Theme by Compete Themes.