Press "Enter" to skip to content

TİKA-dan Albaniyaya ağıllı lövhə yardımı

Ağıllı lövhələr ibtidai, orta və lisey siniflərində istifadə olunacaq

Son yeniləmə: 6 Aprel 2024 07:22

BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA) Balkanlarda bir çox sahədə layihələrini reallaşdırır.

Kirim Haber Ajansının məlumatına görə, TİKA Albaniyanın Şkodra şəhərindəki Haxhi Sheh Shamia İmam Hatip Məktəblərində təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə yeni töhfə verib: “TİKA 2000-ci ildən İstanbul Qardaşlıq Həmrəylik və Kültür Dərnəyinin tərkibində fəaliyyət göstərən Haxhi Sheh Shamia İmam Hatip Məktəblərinə 26 ağıllı lövhə verib. Lövhələr ibtidai, orta və lisey siniflərində istifadə olunacaq”.

Qeyd edilib ki, Haxhi Sheh Shamia İmam Hatip Məktəbləri 870 qız və 204 oğlan olmaqla ümumilikdə 1074 şagirdə təhsil verir.

Mission News Theme by Compete Themes.