Press "Enter" to skip to content

Türkiyədə ali təhsil sahəsində inqilabi addım

İmzalanma mərasimindən xatirə fotosu

Son yeniləmə: 6 Aprel 2024 09:09

Dünyanın 52 ölkəsində Türkiyənin ali təhsil müəssisələrinə vahid qəbul imtahanı keçiriləcək

BAYRAQDAR MEDİA – Türkiyədə ali təhsil sahəsində inqilabi addım atılıb. Belə ki, bundan sonra dünyanın 52 ölkəsində Türkiyənin ali təhsil müəssisələrinə vahid qəbul imtahanı keçiriləcək.

Bu barədə Türkiyə Yükseköğretim Kurulunun sədri Erol Özvar məlumat verib. O, qeyd edib ki, test imtahan üçün həmin gün xaricdə 78 imtahan mərkəzi açılacaq.

YÖK rəhbərinin sözlərinə görə, xaricdə gənclərin əhatə olunmasını maksimal dərəcədə genişləndirmək üçün TR-YÖS imtahanı 6 dildə – türk, alman, ərəb, fransız, ingilis və rus dillərində təşkil ediləcək.

Onu da bildirək ki, YÖK, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) və Türkiyə Maarif Vəqfi (TMV) arasında əməkdaşlıq protokolu imzalanıb.

Protokolla üç qurum milli və beynəlxalq təcrübə və səriştələrini bölüşərək təhsil, tədqiqat və inkişaf və universitet sərgisi təşkilatları sahələrində əməkdaşlıq edəcək.

Yeri gəlmişkən, BAYRAQDAR MEDİA olaraq fəaliyyət başladığımız ilk günlərdən etibarən bu məsələ də hər zaman diqqətimizdə olub. Yəni ilk dəfə məhz biz Türkiyə universitetlərinə imtahanın vahid mərkəzdən aparılmasını təklif etmişdik. Bununla bağlı geniş yazımızı yaxın günlərdə təqdim edəcəyik.

Mission News Theme by Compete Themes.