Press "Enter" to skip to content

Qardaş ölkə rəhbəri Azərbaycan Prezidentinə təşəkkür edib

Ersin Tatar və İlham Əliyev

BAYRAQDAR MEDİA – Aprelin 6-da Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, Ersin Tatar Azərbaycan Milli Məclisində KKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

İlham Əliyev isə öz növbəsində parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.

Mission News Theme by Compete Themes.