Press "Enter" to skip to content

Bu, Güney Qafqazı qarışdırmaq istəyən Batının bəlli güclərinə bir xəbərdarlıq idi

Dr.Yücel Karauz

Son yeniləmə: 8 Aprel 2024 18:03

Dr. Yücel Karauz: Türkiyənin hərbi sahədə, müdafiə sənayesi sahəsində nəyi varsa hamısının eyni zamanda Azərbaycanın olduğu bir daha dünyaya bəyan edilmiş oldu

BAYRAQDAR MEDİA – “Ötən həftə Türkiyə Cümhurbaşqanlığı Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. Haluk Görgünün rəhbərliyi ilə bu sahənin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri beynəlxalq aləmin diqqət mərkəzində idi. Bu da səbəbsiz deyildi. Çünki nümayəndə heyətinin tərkibinə Türkiyənin dünya nəhəng şirkətlərinin nümayəndələri daxil idi. Bunlar “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi – TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil idi”.

Türkiyə mediasından Prof. Dr. Haluk Görgünün səfərinə xüsusi diqqət

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Bu, səfərə Türkiyə tərəfindən verilən dəyərin nəticəsi idi

Onun sözlərinə görə, heyətin bu dərəcədə zəngin olması səfərə Türkiyə tərəfindən verilən dəyərin nəticəsi kimi qəbul oluna bilər: “Bilindiyi kimi, nümayəndə heyəti səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib və bir sıra mühüm görüşlər keçirib. Bu görüşlər nəticəsində iki ölkənin müdafiə sənayesi arasında əməkdaşlığın dərinləşməsinə istiqamətlənmiş müqavilə imzalanıb. Təbii ki, bütün bu addımlar Şuşa Bəyannaməsinə söykənir. Çünki Şuşa Bəyannaməsinin əsas müddəalarından biri də iki qardaş ölkənin müdafiə sənayesinin ortaq fəaliyyətinin təmin edilməsidir”.

Azərbaycanla ortaq istehsal, qarşılıqlı koordinasiya fəaliyyətləri həyata keçirilir

Qeyd edilib ki, bu kontekstdə ROKETSAN” şirkətinin Azərbaycanda hazırlıqları davam edir: “16 ildir Bakıda fəaliyyət göstərən “ASELSAN” şirkəti daha da geniş istiqamətdə addımlar atır. İki qardaş ölkə arasında Azərbaycan müdafiə nazirinin Türkiyəyə son səfəri zamanı “ TB2”, “Akıncı” və “Kızılelma” İHA-larını istehsal edən BAYRAKTAR firması ilə razılaşma mətni hazırlandı. “BAYRAKTAR” firması da digər türk şirkətləri kimi Azərbaycanla ortaq istehsal, qarşılıqlı koordinasiya fəaliyyətləri həyata keçirir ”.

Bu səfərin 5 aprel görüşündən əvvələ təsadüf etməsi də diqqətdən qaçmamalıdır

Dr. Y.Karauz deyib ki, bütün bunlar çox önəmlidir: “Yəni müdafiə sənayesi sahəsindəki əməkdaşlıq təkcə ticarəti deyil, bütün sahələri əhatə edir. Bu da iki qardaş ölkənin məsələyə daha dərin prizmadan yanaşdığından xəbər verir. Bu kontekstdə səfər zamanı cənab Prezident İlham Əliyevə Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan KAAN təyyarəsinin maketinin hədiyyə edilməsi də təsadüfi deyil. İnanıram ki, önümüzdəki dönəmdə “Kızılelma”nı, “KAAN”ı Azərbaycan və Türkiyə birgə istehsal edəcəklər. Bu istehsal məhsullarını da dünya müdafiə sənayesi bazarına birgə çıxaracaqlar”.

Türkiyə bir daha bütün dünyaya “Azərbaycan tək deyil” mesajını vermiş oldu

Vurğulanıb ki, bu səfərin Brüsseldə keçirilən 5 aprel görüşündən əvvələ təsadüf etməsi də diqqətdən qaçmamalıdır: “Bu, əslində Güney Qafqazı qarışdırmaq istəyən Batının bəlli güclərinə bir mesaj, bir xəbərdarlıq oldu. Türkiyənin hərbi sahədə, müdafiə sənayesi sahəsində nəyi varsa hamısı eyni zamanda Azərbaycnaın olduğu bir daha dünyaya bəyan edilmiş oldu”.

Mission News Theme by Compete Themes.