Press "Enter" to skip to content

Həyəcanlanmaq heç də fayda gətirmir

Bizcə faydalıdır

BAYRAQDAR MEDİA – “Faydalı” rubrikamızda bu dəfə də maraqlı bir təqdimatımız var. Bizim hər birimiz hansısa bir işimiz alınmayanda, yaxud da başqa nəyə görəsə həyəcan keçiririk. Lakin bir qayda olaraq bu həyəcan bizə heç bir fayda vermir. Əksinə bizi daha da çətin duruma salır. Ona görə də aşağıdakı tövsiyələrə əməl etməkdə fayda var:

Həyəcanla gözlədiyimiz sabahkı gün heç vaxt gəlib çıxan deyil. Çünki biz həmişə “bu gün”lə yaşayırıq.

Ona görə də gəlin, elə bu gün və bu an bütün əsəb və həyəcanı buraxaq getsin. Dərindən nəfəs alaq və özümüzə belə suallar verək:

-Niyə uğurlarımla bağlı başqalarının fikirləri məni narahat etməlidir?
-Məgər mən dünyaya xoşbəxt olmadan yaşamaq üçün gəlmişəm?
-Məgər mənim bütün məqsədlərimə nail olmaq üçün vaxtım yoxdur?
-Yaxşı olmazmı ki, öz məqsədlərimə nail olmaq üçün həyəcan keçirmədən hərəkətdə olum?

Özünüzə vaxt verin, gücünüzü toparlayın və hərəkət edin.

Heç vaxt əsəbləşməyin. Hər şey qaydasında olacaq. Bu gün, sabah və həmişə.

Mission News Theme by Compete Themes.