Press "Enter" to skip to content

“Killerdən teleqram” monotamaşasına baxış

"Killer"

Son yeniləmə: 8 Aprel 2024 10:51

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” monotamaşasına daxili baxış keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlarla bərabər tamaşanı izləyib. Baxışdan sonra tanınmış teatr xadimləri səhnə əsəri haqqında müzakirələrə qatılaraq maraqlı fikirlər səsləndiriblər. Tamaşanın yeganə qəhrəmanı Killer (Cəlil) obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur”.

Sonra xəbərdə, “tamaşanın qəhrəmanı uşaqlıqdan həyatın bütün çətinliklərini görərək çox acınacaqlı şəraitdə böyümüş Cəlildir. Dəfələrlə aldığı psixoloji zərbələr onu qaranlıq, yeraltı dünyanın adamı edir. Həyatda öz yerini tapmaq, hörmət qazanmaq uğrunda çalışsa da, zamanın sərt döngələrində mənəvi cəhətdən təzyiqlərə məruz qalaraq saflığını itirir, sanki daşqəlbli bir qatilə çevrilir…” deyə bildirilir.

Qeyd edək ki, bu səhnə əsəri ilə teatr Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Monotamaşa Beynəlxalq Festivalında iştirak edəcək.

Mission News Theme by Compete Themes.