Press "Enter" to skip to content

Axal-Təkə atlarının beynəlxalq gözəllik müsabiqəsi

Axal-Təkə atı

Son yeniləmə: 9 Aprel 2024 13:27

BAYRAQDAR MEDİA – Aprelin 27-də Türkmənistanın Arkadağ şəhərində Axal-Təkə atlarının beynəlxalq gözəllik müsabiqəsi keçiriləcək.

Bu barədə orient.tm saytı məlumat yayıb.

Bildirilib ki, “Axal-Teke atlarının beynəlxalq gözəllik müsabiqəsi çərçivəsində, o cümlədən rəssamlar, heykəltəraşlar, xalçaçılar, zərgərlər, fotoqraflar, nəşriyyat işçiləri, dizaynerlər, videoqraflar arasında müsabiqələr də keçiriləcək”.

Türkmənistan Dövlət Televiziya və Radio Yayımları Şirkətinin yaydığı məlumata görə, bu barədə Prezident Serdar Berdimuhamedov sərəncam imzalayıb.

Məlumatda o da qeyd edilib ki, bu yarışlar ənənəvi olaraq aprel ayının son bazar günü qeyd olunan Milli Türkmən Atı Günü şərəfinə keçirilir: “Bu il bayram aprelin 28-nə təsadüf edir. Yarışların finalı ilk dəfə olaraq Arkadağ şəhərində keçiriləcək. Yeni şəhərdə Aba Annayev adına Beynəlxalq Atçılıq Akademiyası, Atçılıq Elmi-İstehsalat Mərkəzi və Qoroğlu adına Dövlət Atçılıq Sirki yaradılıb. Respublika əhəmiyyətli şəhərdə Ginnesin Rekordlar Kitabına düşən Axan atına abidə ucaldılıb. Arkadağ şəhərinin tərkibinə Aba Annaev adına atçılar kəndi daxildir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.