Press "Enter" to skip to content

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 9 Aprel 2024 09:38

BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

BAYRAQDAR MEDİA – Aprelin 8-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş BMT-Turizmin (Ümumdünya Turizm Təşkilatı) Avropa üzrə Regional Komissiyasının 70-ci iclasında Azərbaycan nümayəndə heyəti iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda BMT-Turizmdə (Ümumdünya Turizm Təşkilatı) daimi nümayəndəsi Ramiz Həsənov da iştirak edib. İclas çərçivəsində ölkəmizin 2025-ci ildə BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının növbəti 71-ci iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.