Press "Enter" to skip to content

Denizlidə nəqliyyatda gedişhaqqı qiymətində bayram artımı

Denizli

Son yeniləmə: 9 Aprel 2024 11:42

BAYRAQDAR MEDİA – Denizlidə son günlər yanacağın qiymətlərində baş verən artımlardan sonra Ramazan bayramı öncəsi şəhərlərarası avtobus bilet qiymətlərində daha bir artım olacağı açıqlanıb.

Məlumatı denizli24haber.com yayıb.

Bildirilib ki, “Denizli sakinləri qarşıdan gələn bayramdan əvvəl səyahət planlarını qurarkən, bilet qiymətlərində böyük artımla qarşılaşıblar. Denizli avtovağzalında biletlər qısa zamanda tükənib. Şirkətlər tələbatı ödəmək üçün əlavə avtobuslar təşkil etməyə başlayıblar. Lakin yüksək tələbatdan sonra biletlərin qiymətləri artırılıb. Nəticədə Ramazan bayramı ilə əlaqədar doğma yurdlara və ya tətil bölgələrinə getmək istəyən vətəndaşlar bilet qiymətlərinin baha olmasından şikayətləniblər”.
Məlumata əsasən, son artımla Denizli-İzmir avtobus biletləri 420 lirəyə yüksəlib: “Denizli-İstanbul bilet qiymətləri 1100 lirəyə, Denizli-Ankara bilet qiymətləri 575 lirəyə, Denizli-Antalya bilet qiymətləri 355 lirəyə, Denizli-Aydın bilet qiymətləri isə 260 lirəyə yüksəlib”.

Mission News Theme by Compete Themes.